Spiros Kapralos: "Bütün işlər nəzərdə tutulan plana uyğun davam edir"

Spiros Kapralos: "Bütün işlər nəzərdə tutulan plana uyğun davam edir"

Xəbər verdiyimiz kimi, bu gün "Bakı-2015" Avropa Oyunlarının Əlaqələndirmə Komissiyasının 3-cü iclasına həsr edilmiş mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, konfransda çıxış edən Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos qeyd edib ki, Əlaqələndirmə Komissiyasının sonuncu iclasından ötən vaxt ərzində bir çox nailiyyətlər əldə olunub. S.Kapralos bildirib ki, bu tədbir idman tarixində mühüm hadisədir, çünki bu yarışlar yalnız Azərbaycan idmanına deyil, ümumilikdə bütün dünyada idamanın inkişafına mühüm töhfə verəcək. Yarışların keçirilməsinə hazırlıq prosesi üçün vaxtın az olduğunu deyən S.Kapralos qeyd edib ki, təşkilatçılığın yüksək səviyyədə olacağına böyük inam var: "Bütün işlər nəzərdə tutulan plana uyğun davam edir".

Avropa Olimpiya Komitəsinin (AOK) vitse-prezidenti Janez Kocijankik isə Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı əldə edilən bütün uğurlara görə Əlaqələndirmə Komitəsinin işini yüksək dəyələndirib. O qeyd edib ki, Avropa Olimpiya Komitəsi oyunlara hazırlıq prosesində Əlaqələndirmə Komitəsi ilə sıx əməkdaşlıq edir. AOK-un vitse-prezidentinin sözlərinə görə, bu yarışlar idmanın inkişafına töhfə verməklə yanaşı, Azərbaycan mədəniyyətini Avropaya və dünyaya göstərməyə imkan verəcək.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə