Azad Rəhimov: "Komandamıza tam inanıram"

Azad Rəhimov: "Komandamıza tam inanıram"

"Bakı-2015" Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün aparılan işlər gündəlik davam edir. Azərbaycanın bu oyunlara layiqincə ev sahibliyi edəcəyinə inanırıq". Siasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov "Bakı-2015" Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü iclasına həsr edilmiş mətbuat konfransında deyib. Nazir qeyd edib ki, təhlükəsizlik, nəqliyyat, idman qurğularının quraşdırılması ilə bağlı məsələlər həll olunub, tikinti işləri sürətlə davam etdirilir: "Biz bu oyunların keçirilməsinə qısa müddət ərzində hazırlaşırıq. Digər ölkələrdə bu kimi böyük oyunlara hazırlıq işlərinə 6-7 il gedir, biz isə bu işi 2 ilə görməliyik. Buna baxmayaraq, mən "Bakı-2015" Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil etmək iqtidarında olan komandamıza tam inanıram".

Nazir əlavə edib ki, Azərbaycan xalqı da bu oyunların keçirilməsinə böyük dəstək göstərir və oyunların başlanmasını səbrsizliklə gözləyir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə