Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, çempionatın üçüncü günündə 74 və 125 kq çəki dərəcəsində sərbəst, 55 və 69 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparıb. Azərbaycan güləşçiləri 3 çəki dərəcəsində təmsil olunublar.
74 kq-da Cəbrayıl Həsənov 1/8 finalda Alberto Martineslə (İspaniya) qarşılaşıb və 84 saniyə ərzində 10:0 hesablı qələbə qazanıb. 1/4 finalda İsveçrə güləşçisi üzərində vaxtından əvvəl qələbə qazanan Cəbrayıl yarımfinala yüksəlib. Final yolunda türkiyəli Soner Demirtaşla görüşdə 2:0 hesabı ilə geridə olmasına baxmayaraq, "boxça" fəndi ilə rəqibinin kürəyini yerə vuran güləşçimiz finala vəsiqə qazanıb. Finalda Rusiya güləşçisi Ənvər Qeduyevlə gərgin görüşdən 3:5 hesabı ilə məğlub ayrılan Cəbrayıl gümüş medala sahib olub.
125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov isə 1/8 finalda Dmitri Mixaylovu (Latviya) mübarizədən kənarlaşdırıb - 10:0. Növbəti mərhələdə gürcü Davit Modzmanaşviliyə uduzan güləşçimiz çempionatda mübarizəni dayandırıb.
69 kq-da mübarizə aparan qadın güləşçimiz Nadya Sementsova zədələndiyindən moldovalı rəqibi ilə görüşə çıxmayıb və mübarizəni dayandırıb.
74 kq
1/8 final - Cəbrayıl Həsənov - Alberto Martines (ESP) 10-0
1/4 final - Stefan Reyxmuth (SUİ) - Cəbrayıl Həsənov 1-11
1/2 final - Soner Demirtaş (TUR) - Cəbrayıl Həsənov (təmiz qələbə)
FİNAL - Cəbrayıl Həsənov - Ənvər Qeduyev (RUS) 3-5
125 kq
1/8 final - Dmitri Mixaylov (LAT) - Cəmaləddin Məhəmmədov 0-10
1/4 final - Cəmaləddin Məhəmmədov - Davit Modzmanaşvili (GEO) 2-5
69 kq
1/8 final - Nadya Sementsova - Svetlana Saenko (MDA)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB