Dieqo Simeone Arda Turanı "Barselona" ilə cavab görüşünə hazırlayır

Dieqo Simeone Arda Turanı "Barselona" ilə cavab görüşünə hazırlayır

UEFA Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə ilk matçda zədələnən "Atletiko"nun türkiyəli futbolçusu Arda Turan, La Liqada "Vilyareal"la matçda iştirak etməyəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə İspaniyanın "AS" qəzeti xəbər yayıb. Xəbərə görə, klubun həkimləri müalicəsi davam edən zədəli yarımmüdafiəçinin dincəlməsinin vacibliyini vurğulayıb. Məşqçi heyəti də "Barselona" ilə cavab qarşılaşmasını nəzərə alaraq A.Turanın bu matçda oynatmamağa qərar verib. Baş məşqçi Dieqo Simeone, A.Turanın "Barselona" ilə keçiriləcək qarşılaşmada əla formada olması üçün həkim heyətini səfərbər edib. Qeyd edək ki, A.Turanın Kataloniya təmsilçisi ilə oyuna qədər sağalması üçün səy göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə