AFFA tender elan edir: "ABŞ - Azərbaycan matçının yayım hüququ 15 min manat təşkil edir"
Mayın 27-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may, saat 07:00) San-Fransisko şəhərində keçiriləcək ABŞ - Azərbaycan yoldaşlıq oyununun televiziyada canlı yayımı ilə bağlı AFFA tender elan edir. Siasport.az saytının məlumatına görə, qarşılaşmanı canlı yayımlamaq istəyən televiziyalar aprelin 10-dək AFFA-ya müraciət edə bilərlər. Yayım hüququ (texniki xərc daxil deyil) 15 min manat təşkil edir. AFFA həmin televiziyanın əməkdaşının bütün səfər xərclərini ödəməyi və şərhçi otağı ilə təmin etməyi öz üzərinə götürür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB