"İnter" PİK U-19 komandasının baş məşqçsi Vadar Nuriyevlə vidalaşıb. Mütəxəssis "İnter" U-19 komandasına mövsümün əvvəlindən rəhbərlik etməyə başlamışdı. O, bundan öncə klubun müxtəlif yaş qrupları ilə çalışmışdı.
Siasport.az saytının məlumatına görə, V.Nuriyev klubla vidalaşmasını belə şərh edib: "Bilirsiniz, "İnter" mənim üçün xüsusi klubdur. Mən uzun müddət burada çalışmışam və bu müddət ərzində hamı ilə yaxşı münasibətlərim formalaşıb. Bu yaxınlarda AZAL klubunun əsas komandasının məşqçilər heyətində çalışmaq təklifi aldım. "İnter"in rəhbərliyi məni başa düşdü və buna görə minnətdarlığımı bildirirəm. Xoşdur ki, məni anladılar. Mənə göstərilən etimada görə klub rəhbərliyinə təşəkkür edirəm və "İnter"ə uğurlar arzulayıram". "İnter"in U-19 komandasının yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB