Karate üzrə milli komandamız aprelin 10-dan 16-dək dünya çempionatında ("All-Styles World Championship") iştirak etmək üçün Portuqaliyaya yola düşəcək. Siasport.az saytının məlumatına görə, dünya çempionatı Vaqos şəhərində keçiriləcək.
Qeyd edək ki, "All-Styles World Championship" 4 ildən bir keçirilir. Bu çempionat, həm də döyüş növlərinin olimpiadası sayılır.
Yarışda 176 -dan çox ölkə iştirak edəcək. Dünya çempionatı iki versiyada (şəxsi və komandalar arasında) keçiriləcək.
Bu mötəbər yarışda ölkəmizi 8 idmançı təmsil edəcək. Çempionatda Peşəkar Karate-do Federasiyasının rəhbəri, Beynəlxalq Simmey-do Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Sabir Süleyman idmançılarımızla birlikdə döyüşəcək.
Qeyd edək ki, yığma komandanın üzvləri arasında federasiyanın baş katibi, dünya çempionu Vüsal Abdullazadə də yer alır.
Vüsal Abdullazadə respublika çempionatlarında İsmayıllı rayonunu təmsil edir və 7 qat Respublika çempionu titulunun sahibidir.
Yığma komandamız hazırlığını "Park Plyus" İSM-də keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB