Aprelin 3-dən 6-dək Lissabonda bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçiriləcək. Siasport.az saytının məlumatına görə, yaşlıların turnirində Azərbaycanı şəxsi yarışlarda Marina Durunda və Gülsüm Şərifzadə, həmçinin Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup komandası təmsil edəcək.
Yuniorların turnirində Jalə Piriyeva və Züleyxa İsmayılova medallar uğrunda mübarizə aparacaqlar.
İdmançılarımıza yığma komandanın məşqçiləri Anastasiya Prasolova, Meylia Bəsriyeva və Yasena Kuyumciyeva rəhbərlik edəcəklər.
Hakimlər kollegiyasında Azərbaycanı Yevgeniya Jidkova və Vəfa Bəkirova təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB