Hacı Əliyev AÇ-nin finalında, Patimat Baqomedova bürünc medal uğrunda yarışacaq
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, çempionatın ikinci günündə 57 və 61 kq çəki dərəcəsində sərbəst, 53 və 60 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparıb.
57 kq-da Qalib Əliyev 1/4 finalda Gennadi Tulbea (Monako) ilə qarşılaşıb. Güləşçimiz 6:5 hesabıyla öndə olsa da, rəqibin əks fəndi ilə məğlub olub. Təsəlliverici görüşə qatılmaq imkanını da əldən verən güləşçimiz çempionatı medalsız tamamlayıb.
61 kq-da Hacı Əliyev inamlı təsir bağışlayıb. O, 1/8 finalda Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda isə gürcüstanlı Beka Lomtadzeni 12:6 hesabıyla üstələyib. Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da 9:7 hesabı ilə öz xeyrinə başa vuran H.Əliyev finala vəsiqə qazanıb. Finalda onun rəqibi Rusiya təmsilçisi Bekxan Qoyqereyev olacaq.
Qadın güləşçilərimizdən Patimat Baqomedova (53 kq) 1/8 finalda Laura Mertensə (Almaniya) 7:2 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda güləşçimiz Yunanıstandan olan Mariya Prevolarakiyə uduzub. Rəqib finala qədər irəlilədiyindən Patimat təsəlliverici görüşə qatılıb və İtaliya güləşçisi Françeska Morini tam üstünlüklə (10:0) məğlub edib. Həlledici görüşdə onun rəqibi Rumıniyadan Anna Paval olacaq.
60 kq-da yarışan Yuliya Ratkeviç 1/8 finalda Macarıstan təmsilçisi Ramano Qalamboşu 6:2 hesabıyla üstələyib. Lakin 1/4 finalda təmsilçimiz Mustafa Yuseynə (Bolqarıstan) məğlub olub (4:8) və mübarizəni dayandırıb.
Final qarşılaşmaları Bakı vaxtı ilə saat 20.00-da başlayacaq və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.
57 kq
1/4 final - Qalib Əliyev - Gennadi Tulbea (MON)
Təsəlliverici görüş - Qarik Barseqyan (ARM) - Qalib Əliyev 4-1
61 kq
1/8 final - Hacı Əliyev - Aleksandr Semisorov (GER) 14-4
1/4 final - Beka Lomtadze (GEO) - Hacı Əliyev 6-12
1/2 final - Vasil Şuptar (UKR) - Hacı Əliyev 7-9
FİNAL - Bekxan Qoyqereyev (RUS) - Hacı Əliyev
53 kq
1/8 final - Patimat Baqomedova - Laura Mertens (GER) 7-2
1/4 final - Patimat Baqomedova - Mariya Prevolaraki (GRE) 0-4
Təsəlliverici görüş - Françeska Mori (İTA) - Patimat Baqomedova 0-10
Bürünc medal görüşü - Patimat Baqomedova - Anna Paval (ROU)
60 kq
1/8 final - Ramano Qalamboş (HUN) - Yuliya Ratkeviç 1-6
1/4 final - Taybe Yusein (BUL) - Yuliya Ratkeviç 8-4
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB