Bu axşam Çempionlar Liqasında İbrahimoviç-Mourinyo dueli olacaq!

Bu axşam Çempionlar Liqasında İbrahimoviç-Mourinyo dueli olacaq!

Bu axşam UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulacaq. Siasport.az saytı xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək. Fransanın PSJ klubu öz meydanında "Çelsi"ni sınağa çəkəcək.Digər oyunda isə Dortmund Borussiya"sı səfərdə Madrid "Real"ının qonağı olacaq. Xatırladaq ki, ötən mövsüm "Real"ı ÇL-ın yarımfinalında məhz "Borussiya" mübarizədən kənarlaşdırmışdı. Buna görə də bugünkü qarşılaşma prinsipiallığı ilə seçilir.

2 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları

23:45. "PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

23:45. "Real" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə