"Barselona" Arda Turanın komandası ilə bacarmadı!

"Barselona" Arda Turanın komandası ilə bacarmadı!

UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, dünən axşam keçirilən iki qarşılaşmada maraqlı nəticələr qeydə alınıb. Belə ki, "Nou Kamp"da əzəli rəqiblərindən sayılan "Atletiko" (Madrid) ilə qarşılaşan "Barselona" çətin anlar yaşayıb. Arda Turanın komandası meydan sahiblərinə çətin anlar yaşadıb. Bunun nəticəsi olaraq qarşılaşmanın 56-cı dəqiqəsində Ribas Madrid klubunu hesabda önə keçirib. Yalnız 71-ci dəqiqədə braziliyalı Neymar meydan sahiblərini məğlubiyyətdən qurtara bilib. Qarşılaşma 1:1 hesabı ulə nəticələndiyindən cavab oyunu böyük maraqla gözlənilir. Bundan başqa UEFA Çempionlar Liqasının son qalibi olan "Bavariya" İngiltərədə "Mançester Yunayted"in qonağı olub. Bir çoxları artıq "Bavariya"nın "qırmızı şeytanlara" 3-4 qol vuracağını gözləsə də, bu baş verməyib. Meydan sahibləri almanlara qarşı əzmkar oyun sərgiləyiblər. Qarşılaşma 1:1 hesablı bərabərliklə sona çatıb. Qeyd edək ki, 1/4 finalın digər iki oyunu bu axşam keçiriləcək.

1 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları

23:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 1:1
Qollar:
Ribas, 56 (0:1), Neymar, 71 (1:1)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya) - 1:1
Qollar:
Vidiç, 58 (1:0), Şvaynştayger, 67 (1:1)
Qırmızı vərəqə: Şvaynştayger, 90 ("Bavariya)

Bütün xəbərlər Facebook səhifəmizdə