"Qəbələ"nin 15 yaşa qədər futbolçularından ibarət komandası aprelin 18-dən 21-dək İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Siasport.az saytının məlumatına görə, Stefano Gusellanın xatirəsinə həsr olunan yarış Turin şəhərində təşkil olunacaq. Komandamız səfərə aprelin 16-da yola düşəcək.
Sayca 5-ci dəfə təşkil olunacaq turnirdə dünyanın sıra tanınmış klubları iştirak edəcək. Medallar uğrunda "Yuventus", "Milan", "Roma", "Latsio", "Napoli", "Atalanta", "Sampdoriya" (hamısı İtaliya), "Espanyol" (İspaniya), "Vasko de Qama" (Braziliya), "Lokomotiv" Moskva (Rusiya) kimi klublar mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB