Rahid Əmirquliyevin növbəti zirvəsi STATİSTİKA

Rahid Əmirquliyevin növbəti zirvəsi STATİSTİKA

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev növbəti yubileyinə hazırlaşır. Siasport.az saytının məlumatına görə, XXIX turda "Qəbələ"yə qarşı oyuna çıxacağı halda yarımmüdafiəçi Premyer Liqada 200-cü dəfə "ağ-yaşıl" formanı geyinəcək.

İndiyədək "Xəzər Lənkəran"da hamıdan çox - 260 qarşılaşma keçirən orta sahə oyunçusu 199 dəfə çempionat görüşündə iştirak edib.

Komandadakı 8-ci mövsümünü keçirən kapitan buna nail olan ilk futbolçudur.

Mövsüm

Oyun

Dəqiqə

Qol

Sarı

Qırmızı

2006/07

17

801

5

1

0

2007/08

16

1103

1

2

0

2008/09

24

2017

4

3

0

2009/10

27

2236

1

5

0

2010/11

30

2548

0

4

0

2011/12

31

2790

5

5

0

2012/13

30

2629

1

5

0

2013/14

24

2037

0

6

0

Cəmi

199

16161

17

31

0

Azərbaycan çempionatlarında 10-cu mövsümünü keçirən "Xəzər Lənkəran"ın 5 futbolçusu bu yarışda 100 oyun səddini arxada qoyub.

№

Futbolçu

Oyun

Qol

1

Rahid Əmirquliyev

199

17

2

Radomir Todorov

142

1

3

Alim Qurbanov

130

11

4

Kamran Ağayev

122

-75

5

Rəşad Abdullayev

115

12

Bütün xəbərlər Facebook səhifəmizdə