AÇ-2014 ilk gün: 1 qızıl və 2 gümüş medal VİDEOLAR

AÇ-2014 ilk gün: 1 qızıl və 2 gümüş medal VİDEOLAR

Xəbər verdiyimiz kimi, Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Siasport.az saytının məlumatına görə, çempionatın ilk günündə 65 və 97 kq çəki dərəcəsində sərbəst, 48 və 58 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparıblar.

65 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov 1/8 finalda bolqar Borislav Noviçkovla qarşılaşıb. Güləşçimiz 4:0 öndə olsa da, sonda 5:13 hesabı ilə uduzub. Noviçkov yarımfinalda mübarizəni dayandırdığından, Toğrulun təsəlliverici görüşlərə qatılması da mümkün olmayıb.

97 kq çəki dərəcəsində yarışan Xetaq Qazyumov 1/8 finalda Belarusdan olan İvan Yankovskini 7:0 hesabı ilə üstələyib. 1/4 finalda onun rəqibi Kamil Skazikeviç (Polşa) olub. 6:2 hesablı qələbə güləşçimizi yarımfinala yüksəldib. Ukrayna təmsilçisi Pavel Oleyniki də üstələyən (4:0) Xetaq Qazyumov finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Xetaq rusiyalı rəqibi Abdusalam Qadisova uduzub və gümüş medalla kifayətlənib.

Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) 1/8 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabı ilə üstün olub. 1/4 finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşi tam üstünlüklə (10:0) məğlub edib. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya da qalib gələn güləşçimiz finala yüksəlib. Finalda ukraynalı Natalya Pulkovskanı tam üstünlüklə (11:0) məğlub edən Mariya Stadnik 4-cü dəfə Avropa çempionu adını qazanıb.

58 kq-da mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa 1/4 finaldan qoşulub. Bolqarıstanlı Viktoriya Bobevanı 8:4 hesabı ilə üstələyən təmsilçimiz yarımfinala yüksəlib. Yarımfinalda belaruslu Anastasiya Huçok üzərində (6:1) qazanılan qələbə Netrebanı finala çıxarıb. Finalda güləşçimiz Valeriya Jolobovaya (Rusiya) uduzub və gümüş medalla kifayətlənib.

65 kq
1/8 final - Toğrul Əsgərov - Borislav Noviçkov (BUL) 5-13

97 kq
1/8 final - İvan Yankovski (BLR) - Xetaq Qazyumov 0-7
1/4 final - Staneslav Skaskieviç (POL) - Xetaq Qazyumov 2-6
1/2 final - Xetaq Qazyumov - Pavlo Oleynik (UKR) 4-0
FİNAL - Xetaq Qazyumov - Abdusalam Qadisov (RUS)1-5




48 kq
1/8 final - Mariya Stadnik - Nadejda Fedorova (RUS) 14-2
1/4 final - Mariya Stadnik - Mercedesz Deneş (HUN) 10-0
1/2 final - Madalina Linguraru (ROU) - Mariya Stadnik 0-11
FİNAL - Nataliya Pulkovska (UKR) - Mariya Stadnik 0-11




58 kq
1/4 final - İrina Netreba - Viktoriya Bobeva (BUL) 8-4
1/2 final - İrina Netreba - Anastasiya Huçok (BLR) 6-1
FİNAL - İrina Netreba - Valeriya Jolobova (RUS) 0-5


Bütün xəbərlər Facebook səhifəmizdə