Dörd Azərbaycan güləşçisi Avropa çempionatının favoritləri arasındadır

Dörd Azərbaycan güləşçisi Avropa çempionatının favoritləri arasındadır

Xəbər verdiyimiz kimi, bu gün Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı başlayıb. Siasport.az saytının məlumatına görə, Beynəlxalq Güləş Federasiyası (FİLA) rəsmi saytında qitə birinciliyinin favoritlərini açıqlayıb. Avropa çempionatının favoritləri arasında 4 Azərbaycan güləşçisi var. Bunlar Toğrul Əsgərov (65 kq), Xetaq Qazyumov (97 kq), Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviçdir (60 kq).

Turnirə aprelin 6-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə