Berti Foqts: "Yurgenlə yaxşı münasibətlərim var"

Berti Foqts: "Yurgenlə yaxşı münasibətlərim var"

Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts, ABŞ yığmasına xüsusi məhləhətçi təyin olunmasına münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, artıq Almaniya mətbuatı bu məsələyə geniş yer ayırmağa başlayıb. Belə ki, Almaniyanın nüfuzlu "Bild" qəzeti B.Foqts barədə xəbər dərc edib. Qəzetin yaydığı xəbərə görə, o, bununla bağlı təklifi ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmanndan aldığını söyləyib. "Yurgün nədən ona kömək göstərməyimi xahiş etdi. Mən razılaşdım və söz verdim ki, yardım edəcəm. Mənim Yurgenlə uzun illərə söykənən yaxşı münasibətlərim var" – deyə o vurğulayıb. Almaniya millisinin baş məşqçisi Yoahim Löv də bu təyinata münasibət bildirib. Onun sözlərinə görə, DÇ-2014-ün seçmə mərhələsində bu məşqçilərin birgə çalışması ABŞ millisinə fayda verə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə