Droqbanın "Qalatasaray"dakı taleyi "Fənərbaxça" derbisindən asılıdır?
"Qalatasaray"ın futbolçusu Didye Droqba üçün Türkiyə superliqasında "Fənərbaxça" ilə oynayacağı matç çox önəmli olacaq. Siasport.az saytı xəbər verir ki, bu cür proqnozla Türkiyə mətbuatı çıxış edib. Məlumata görə, son zamanlar uğursuz çıxışı ilə seçilən Fildişi sahilli hücumçuya hələ də İstanbul klubundan istədiyi kimi təklif gəlməyib. Son üç matçdır zədə səbəbindən oynaya bilməyən Droqbanın "Fənərbaxça" ilə görüşdə böyük ehtimalla meydanda olacaq. Droqbanın bu qarşılaşmada çıxışına uyğun olaraq rəhbərlik onunla bağlı son qərarını verəcək. Qeyd edək ki, Droqbanın "Qalatasaray"la müqaviləsi mövsümün sonu başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB