“Qəbələ”nin məşqçisi hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalandı İNTİZAM KOMİTƏSİNİN QƏRARLARI

“Qəbələ”nin məşqçisi hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalandı İNTİZAM KOMİTƏSİNİN QƏRARLARI

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasportaz saytı iclasda qəbul olunmuş qərarları nəzərinizıə çatdırır:

Topaz Premyer Liqasının XXVIII turunun "Sumqayıt" – AZAL matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 55-ci dəqiqəsində "Sumqayıt" klubunun məşqçisi Mehman Yunusov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

Topaz Premyer Liqasının XXVIII turunun "Neftçi" – "Xəzər Lənkəran" matçının 28 və 32-ci dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən protexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).

Topaz Premyer Liqasının XXVIII turunun "Bakı" – "Simurq" matçının 45+1-ci dəqiqəsində "Bakı" klubunun 31 №-li futbolçusu Vüqar Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).

Topaz Premyer Liqasının XXVIII turunun "Qarabağ" – "Qəbələ" matçının 78-ci dəqiqəsində "Qəbələ" klubunun 36 №-li futbolçusu Elnur Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 65-ci dəqiqəsində "Qəbələ" klubunun məşqçisi Andrey Syomin hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).

Əvəzedici heyətlərin XXVIII turunun "Sumqayıt" – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərinin XXVIII turunun "İnter" – "Rəvan" matçında "Rəvan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun XXIII turunun "Bakılı" – "Mil-Muğan" matçının 51-ci dəqiqəsində "Bakılı" klubunun 14 №-li futbolçusu Əli Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XXIII turunun "Qaradağ Lökbatan" – "Araz Naxçıvan" oyununun 88-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 30 №-li futbolçusu Taleh Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionun XXIII turunun "Ağsu" – "Karvan" matçında hər iki klubunun 4 futbolçusu sarı ilə vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 23-cü dəqiqəsində "Karvan" klubunun 6 №-li futbolçusu Ceyhun Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə