"İnter"in prezidenti hava proqnozu verdi və düz çıxdı

"İnter"in prezidenti hava proqnozu verdi və düz çıxdı

Bakı "İnter"inin prezidenti Georgi Nikolovun proqnozu düz çıxıb. Siasport.az saytının məlumatına görə, o, qeyri-rəsmi görüşdə belə demişdi: "Nə isə qələbəyə inanmıram. Martın sonunda qış çovğunu olacağı daha inandırıcıdır, nəinki "Rəvan" üzərində qələbə...".

Həqiqətən də mart ayının sonunda çovğun oldu və "İnter"-"Rəvan" matçı bununla əlaqədar yarımçıq saxlanıldı. Təbii ki, həmin gün qələbə də olmadı.

Yalnız növbəti gün matçın qalan hissəsi oynanıldı və "bankirlər" 3:0 hesablı qələbə qazandılar.

Bütün xəbərlər Facebook səhifəmizdə