Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Siasport.az saytının məlumatına görə, çempionatın ilk günündə 65 və 97 kq çəki dərəcələrində sərbəst, 48 və 58 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaq. Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimizin ilk rəqibləri məlum olub.
65 kq
1/8 final - Toğrul Əsgərov - Borislav Noviçkov (BUL)
97 kq
1/8 final - İvan Yankovski (BLR) - Xetaq Qazyumov
48 kq
1/8 final - Mariya Stadnik - Nadejda Fedorova (RUS) / Sarianna Savola (FİN)
58 kq
1/4 final - İrina Netreba - Viktoriya Bobeva (BUL)
İlk görüşlər Bakı vaxtı ilə saat 12.00-da, final görüşləri isə saat 20.00-da başlayacaq. Güləşsevərlər medal görüşlərini canlı yayımla "İdman Azərbaycan" telekanalından izləyə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB