İsveç futbol çempionatında kədərli hadisə yaşanıb. Siasport.az saytının məlumatına görə, yarışın açılışında üz-üzə gələn "Helsinborq" və "Yurqorden" komandalarının oyununda azarkeşlər arasında dava düşüb. Qonaq komandanın ("Yurqorden") 43 yaşlı azarkeşinə hücum edərək onu vəhşicəsinə döyüblər. Azarkeş xəstəxanada keçinib. Bundan xəbərdar olan "Yurqorden"in azarkeşləri meydançaya axın ediblər. Oyun 42-ci dəqiqədə yarımçıq saxlanılıb. Polis əməkdaşları hadisə ilə bağlı 3 nəfəri həbs ediblər, 30 nəfər isə axtarışdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB