"Sumqayıt" FK "Rəvan"la oyunun hazırlığına start verdi

"Sumqayıt" FK "Rəvan"la oyunun hazırlığına start verdi

Topaz Premyer Liqasının son turunda AZAL üzərində əzmkar qələbə qazanan "Sumqayıt" klubu istirahəti başa vurub. Siasport.az saytının məlumatına görə, Aqil Məmmədovun komandası bu gün Sumqayıtda "Rəvan"la oyunun hazırlığına start verib. Zədəli olan hücumçu Pərdis Fərcad-Azad və müdafiəçi Elşad Manafov komandadan ayrı çalışıb. Məşqə iki tərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, "Rəvan" - "Sumqayıt" oyunu aprelin 4-də "Bayıl Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə