Yurgen Klopp "Real"a meydan oxudu!

Yurgen Klopp "Real"a meydan oxudu!

"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp, UEFA Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Real"la (Madrid) oyunöncəsi fikirlərini bölüşüb. Siasport.az saytı xəbər verir ki, almaniyalı futbol mütəxəssisi "sport1.de"-yə açıqlamasında maraqlı fikirlərlə çıxış edib: "Real" inanılmaz dərəcədə güclü komandadır. Mövsümün əvvəlində onlar Beyl və İsko kimi futbolçuları transfer etdilər. Rəqibin zəif cəhətlərini tapmaq asan deyil. Ötən mövsüm yarımfinalda bu komandanı keçmişdik. Həmin oyundan sonra bir neçə gün yata bilmədim. Bu mövsümə gəlincə təbii ki, "Real" favoritdir. Ancaq biz də risk edərək yenə "Real" səddini keçməyə çalışacağıq". Qeyd edək ki, "Real" - "Borussiya" oyunu aprelin 2-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə