"Liverpul"un "Tottenhem" üzərində qazandığı 4:0 hesablı qləbə həm də bu komandanın forvardı Luis Suarez üçün əlamətdar olub. Siasport.az saytı xəbər verir ki, uruqvaylı ulduz futbolçu "Tottenhem"lə matçda bir dəfə fərqlənərək bu mövsüm 29-cu qolunu vurub. Bununla da o, Premyer Liqada bir mövsümdə ən çox qol vuran "Liverpul" futbolçusu olub. Qeyd edək ki, ölkə çempionatının bitməsinə 7 tur qaldığı üçün Suarezin qollarının sayını artıracağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB