Yığmamız Avropa çempionatının 2-ci seçmə mərhələsində mübarizə aparacaq
Dünya çempionatına vəsiqə qazanan voleybol üzrə qadınlardan ibarət milli yığma komandamızın növbəti hədəfi Avropa çempionatının (2015-ci il) finalıdır. Siasport.az saytının məlumatına görə, məhz bu məqsədlə voleybolçularımız may ayında Avropa çempionatının 2-ci seçmə mərhələsində iştirak edəcək. Bolqarıstan, Yunanıstan və Portuqaliya milliləri ilə eyni qrupda mübarizə aparacaq komandamız ilk olaraq Bolqarıstanda 3 oyun keçirəcək. Cavab oyunları isə paytaxtımızda keçiriləcək.
Qeyd edək ki, qrup birincisi olan komanda birbaşa final mərhələsinə vəsiqə əldə edəcək, qrup ikincisi üçüncü mərhələdə mübarizə aparacaq.
D qrupunda oynayacaq komandamız qrup birincisi olduğu halda ardıcıl olaraq Avropa çempionatının finalına VI dəfə vəsiqə qazanmış olacaq.
22. 05.2014 (BOLQARISTAN)
13: 30. PORTUQALİYA - AZƏRBAYCAN
16:00. BOLQARISTAN – YUNANISTAN
23. 05. 2014 (BOLQARISTAN)
13:30. AZƏRBAYCAN – YUNANISTAN
16:00. PORTUQALİYA – BOLQARISTAN
24. 05. 2014 (BOLQARISTAN)
13:30. YUNANISTAN – PORTUQALİYA
16:00. AZƏRBAYCAN – BOLQARISTAN
CAVAB OYUNLARI
29. 05. 2014 (AZƏRBAYCAN)
16:00. PORTUQALİYA – BOLQARISTAN
18:30. AZƏRBAYCAN – YUNANISTAN
30. 05. 2014 (AZƏRBAYCAN)
16:00. BOLQARISTAN – YUNANISTAN
18:30. PORTUQALİYA - AZƏRBAYCAN
31. 05. 2014 (AZƏRBAYCAN)
16:00. YUNANISTAN – PORTUQALİYA
18:30. BOLQARISTAN - AZƏRBAYCAN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB