Futbol üzrə Topaz Premyer Liqada 28-ci turun oyunları davam edir. Siasport.az saytı xəbər verir ki, günün ilk oyununda "Bakı" "Simurq"u qəbul edib. Bu mövsüm komandalar arasında keçirilən hər üç qarşılaşmada paytaxt təmsilçisi qələbə qazanmışdı. Bu görüş də "Bakı"nın qələbəsi ilə başa çatıb - 2:1.
Turun ən çox maraqla gözlənilən qarşılaşmalarından biri "böyük oyun" adlandırılan "Neftçi" - "Xəzər Lənkəran" matçı idi. Bu görüşdə 1:0 hesabı ilə qələbə qazanan "Neftçi" klubu turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub. Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.
29 mart (şənbə)
Topaz Premyer Liqa, 28-ci tur
17:00."Neftçi" – "Xəzər Lənkəran" - 1:0
Qol: Ernest Nfor, 78 (1:0)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov
8-ci km qəsəbə stadionu.
15:00. "Bakı" – "Simurq" - 2:1
Qollar: Namiq Ələsgərov, 13 (1:0), İdan Vaytsman, 22-avtoqol (2:0), Draqan Çeran, 81 (2:1)
Qırmızı vərəqə: Vüqar Mustafayev, 45+1 ("Bakı")
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Yaşar Abbasov, Mahir Məmmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
28 mart (cümə)
15:00. "Sumqayıt" – AZAL - 2:1
Qollar: Laşa Kasradze, 7 (0:1), Məhəmməd Qurbanov, 21 (1:1), Uğur Pamuk, 55 (2:1)
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Nail Nağıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
30 mart (bazar)
17:00. "İnter" – "Rəvan"
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov
"Şəfa" stadionu.
18:00. "Qarabağ" – "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov
Tofiq Bəhramov adına Respublika stadionu.
Turnir cədvəli
|
N
|
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB