Mourinyo Roberto Mançinini "topa tutdu"

Mourinyo Roberto Mançinini "topa tutdu"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo ilə "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançini arasındakı gərginlik davam edir. Siasport.az saytı xəbər verir ki, "Eurosport" kanalında açıqlama ilə çıxış edən portuqaliyalı çalışdırıcı bildirib ki, R.Mançininin "Çelsi"-"Qalatasaray" matçından əvvəl onu yeməyə dəvət etməsi düzgün deyil: "Bu cür təkifləri xoşlamıram. Çünki bir insanı matçın nəticəsinə görə deyil, istədiyiniz üçün yeməyə dəvət edərsiniz. Mançini mənim dostum deyil. Futbol dünyasında Lui van Qalla münasibətim yaxşıdır. Onunla görüşüb, yemək yeməyi sevirəm". Xatırladaq ki, italiyalı çalışdırıcı UEFA Çempionlar Liqasında London klubuna qalib gələcəkləri təqdirdə, Mourinyo ilə birgə yemək yeyə biləcəklərini demişdi. Həmin qarşılaşmada "zadəğanlar" "Qalatasaray"a 2:0 hesabı ilə qalib gələrək, 14 final mərhələsinə yüksəlmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə