Tərlan Əhmədov: "Belə getsə, mövsümün sonunda futbolçuların çoxundan imtina olunacaq"
"Çətin psixoloji durumdayıq, bundan çıxmaq lazımdır". Siasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 28-ci turunun "Sumqayıt" - AZAL matçından sonra AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib. O, komandasının uğursuzluğunun səbəblərindən danışıb: "Bir neçə futbolçuda istək hiss olunur, amma çoxu istəksiz oynayır. Bunun səbəbini araşdıracağıq. Komanda artıq uduzmağa alışır, əcnəbi futbolçular əvvəlki futbolu oynamırlar. İstək olmasa, rəqabətdə irəli gedə bilmərik. Görünür ki, bəzi futbolçular bu rəqabətə hazır deyil. Müdafiədən bu cür səhvləri gözləmirdim. Belə getsə, mövsümün sonunda futbolçuların çoxundan imtina olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB