Yaponiyanın Saytama şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü təmsil edir.
Cütlüyümüz artıq çempionatda qısa proqramla çıxış edib. Qısa proqramdan 57,01 bal toplayan Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 27 duet arasında 7-ci pillədə qərarlaşıb.
Cütlüyümüz martın 29-da sərbəst proqramla çıxış edəcək.
Qeyd edək ki, duet Soçi Qış Olimpiya Oyunlarında mübarizə aparıb və turniri 12-ci pillədə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB