Martın 30-u Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Qəbələ" doğma məkanda hazırlıqları tamamlayaraq paytaxta yola düşüb. Siasport.az saytının məlumatına görə, komandanın Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub. "Qırmızı-qaralar" qarşılaşma öncəsi son məşqə isə sabah saat 12:00-da "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq. Komanda Bakıya üç itki ilə - zədəlilər İbrahima Niasse, Nikola Valentiç və Omar Kalabanesiz yollananıb. Digər zədəli Lorenzo Ebesilionun durumuna oyun günündə aydınlıq gələcək. Zədəsi sağalan qapıçı Dieqo Kosta Silva isə artıq kollektivə qoşulub.
Xatırladaq ki, oyun martın 30-u, saat 18:00-da start götürəcək və "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB