Xəbər verdiyimiz kimi, "Bakı" Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Simurq"la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb: "Artıq 4-cü dövrəyə gəlib çıxdıq. Oyunlar azaldıqca 3 xal qazanmaq daha çox zərurətə çevrilir. Statistik göstəricilərə əsasən, "Bakı" cari mövsüm baş tutan hər 3 qarşılaşmada "Simurq"u məğlub edib. Amma bütün bunlar sabahkı görüşümüzdə heç nəyi dəyişmir. Futbolda hər oyun başqa bir dünya sayılır. Qazandığımız qələbələr də fərqli formalarda olub. Bu isə futbolun rəngarəngliyindən xəbər verir. "Simurq"un sona qədər döyüşən və mövqelər baxımından yaxşı təşkil olunmuş komanda olmasını vurğulamaq vacibdir. Sabah Əfran İsmayılov və Rauf Əliyevin meydana çıxıb-çıxmayacağını hələ müəyyənləşdirməmişəm. Bu yöndə tələsmək düzgün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB