Sabah "Bakı" Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Simurq"la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, bu gün komanda oyunöncəsi son məşqini keçirib.
Saat 11:00-da yüngül qaçışla başlayan məşqdə futbolçular daha sonra dartınma hərəkətləri yerinə yetiriblər. Ardınca əyləncəli "qaçdı-tutdu" oynayan futbolçular məşqin çox hissəsini "kvadrat"a həsr ediblər. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra isə ikitərəfli oyun baş tutub. Rəmzi olaraq "göylər" və "yaşıllar"ın mübarizəsində birincilər (4:2) üstün olub.
Onu da qeyd edək ki, zədəsini sağaldan Əfran İsmayılov və Rauf Əliyev kollektiv məşqlərə qoşulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB