Vüqar Nadirov "Qarabağ" - "Qəbələ" oyununda meydana çıxmayacaq

Vüqar Nadirov "Qarabağ" - "Qəbələ" oyununda meydana çıxmayacaq

"Qarabağ" klubu 4-cü dövrəyə hazırlaşır. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın lideri XXVIII turda qarşılaşacağı "Qəbələ"ylə oyunun hazırlıqlarını gündə 1 dəfə məşq keçməklə davam etdirir. Ağdam təmsilçisinin cari mövsüm artıq 6-cı dəfə qarşılaşacağı "qırmızı-qara"larla oyunda Vüqar Nadirov meydana çıxmayacaq. 27 yaşlı hücumçu sarı vərəqə limitini doldurduğuna görə oyunu buraxmalı olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu martın 30-u, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə