Saman Təhmasibi dünyanın ən yaxşı güləşçisi seçilib

Saman Təhmasibi dünyanın ən yaxşı güləşçisi seçilib

Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb. Siasport.az saytının məlumatına görə, yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin 'n yaxşı güləşçisi seçilib. 2013-cü ildə keçirilən dünya çempionatında gümüş medal (10 xal), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində qızıl medal (6 xal) və Avropa çempionatında 5-ci yer (2 xal) qazanan Saman Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək reytinq xalı - 18 xal toplayaraq "İlin ən yaxşı güləşçisi" adına layiq görülüb.

Məlumat üçün bildirək ki, FİLA il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya Oyunları, Dünya çempionatı, Qitə çempionatları, Qızıl Qran Pri turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə idmançıları qiymətləndirir.

Yarışın adı 1-ci yer 2-ci yer 3-cü yer 5-ci yer 7-ci yer 8-ci yer
Olimpiya Oyunları 14 12 10 8 6 5
Dünya çempionatı 11 10 9 7 5 4
Qızıl Qran Pri turnirinin final mərhələsi 6 5 4 2 - -
Qitə çempionatları 6 5 4 2 - -
a

Bütün xəbərlər Facebook səhifəmizdə