Karlo Ançelotti çempionluqdan dəm vurur...

Karlo Ançelotti çempionluqdan dəm vurur...

"Real"ın baş məşqçisi Karlo Ançelotti, maraqlı və ziddiyətli açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, ard-arda gələn acınacaqlı məğlubiyyətlərə baxmayaraq, italiyalı futbol mütəxəssisi komandasının La Liqada bu il çempion olacağına inanır. Son turrda "Sevilya"ya məğlub olaraq liderliyi əldən verən Madrid klubunun çalışdırıcısı deyib ki, çempion olmaları mümkünsüz deyil: "Son matçda uduzsaq da, nəticənin ədalətli olduğunu düşünmürəm. Məğlubiyyətə layiq deyildik. Hazırda turnir cədvəlində "Atletiko" və "Barselona" bizdən qabaqdadır. Ancaq yenə də çempion ola bilərik. Bu, mümkünsüz deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə