Bakının qadınlardan ibarət "Azəryol" komandası heyətinə yeni voleybolçu cəlb edib. Siasport.az saytının məlumatına görə, Bakı təmsilçisi "Azərreyl"dən Aleksandra Prupasın keçidini həll edib. İyirmi yaşlı milliləşdirilmiş voleybolçu mövsümün sonunadək baş məşqçi Ancelo Vercesinin sərəncamında olacaq. Dördüncü zona oyunçusunun yeni mövsümdə hansı komandada forma geyinəcəyi çox güman ki, klubundakı çıxışından asılı olacaq.
Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində millimizin heyətinə cəlb olunan A.Prupas "Azərreyl"də əsas heyət oyunçusu sayılmırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB