Martın 29-da Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) Liqasının 1/4 final mərhələsinin ilk görüşü keçiriləcək. Siasport.az saytının məlumatına görə, Azərbaycanın "Baku Fires" komandası İtaliyanın "Dolce Gabbana İtalia Thunder" kollektivini qəbul edəcək. İtaliya təmsilçisi 26 xalla A qrupunu birinci yerdə başa vurub. "Baku Fires" isə 18 xalla B qrupunda 2-ci olub.
Artıq komandaların heyəti açıqlanıb. Xamza Nametov (49 kq, "Baku Fires") Mark Antoni Bariqqa ("Dolce Gabbana İtalia Thunder") ilə, Məhəmməd Qurbanov (56 kq) Xedafi Djelkhirlə, Heybətulla Hacəliyev (64 kq) Renato de Donato ilə, Xaybula Musalov (75 kq) Boqdan Juratoni ilə, Əbdülqədir Abdullayev (91 kq) Klemente Russo ilə qarşılaşacaq.
Komandalar arasında cavab görüşü aprelin 5-də İtaliyada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB