İngiltərənin Stoke Mandeville şəhərində paralimpiyaçılar arasında atıcılıq üzrə dünya kuboku yarışları keçirilir. Siasport.az saytının məlumatına görə, yarışda 22 ölkədən 102 idmançı birincilik uğrunda mübarizə aparır.
Turnirdə 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında Azərbaycan paralimpiyaçısı Yelena Taranova 368 xal toplayaraq finala yüksəlib. Həlledici mərhələdə 195,6 xal toplayan idmançımız yarışı gümüş medalla başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB