Futbol üzrə İspaniya La Liqasında 30-cu turun oyunları olduqca maraqlı nəticələrlə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, bu tur çərçivəsində daha dörd qarşılaşma baş tutub. Belə ki, "Osasuna" səfərdə "Rayo Valekano"ya 0:1 hesabı ilə məğlub olub. Son zamanlar o qədər də yaxşı oyun sərgiləməyən "Barselona" isə doğma meydanda "Selta Viqo" ilə münasibətlərinə aydınlıq gətirib. Katalon klubu o qədər də asan keçməyən qarşılaşmadan braziliyalı Neymarın dublu və Messinin qolu ilə 3:0 hesablı qələbə ilə ayrılıb. "Atletiko" isə öz meydanında "Qranada" üzərində 1:0 hesqablı qələbəyə sevinib. Keçən tur "Barselona"ya məğlub olan Madrid "Real"ı isə yenə də məğlubiyyətə uğrayıb. Belə ki, səfərdə "Sevilya"nın qonağı olan Madrid klubu, güclü rəqibi qarşısında acınacaqlı oyun sərgiləyib və 1:2 hesabı ilə məğlub olub. "Land of fire Azerbaijan" formalı "Atletiko" "Qranada" üzərindəki qələbə sayəsində turnir cədvəlinin zirvəsində yer alıb.
Qeyd edək ki, La Liqada turun qalan görüşləri bu gün keçiriləcək.
26 mart
İspaniya La Liqası, 30-cu tur
"Rayo Valyekano" - "Osasuna" - 1:0
Qol: Larrivey, 90 (1:0)
"Barselona" - "Selta Viqo" - 3:0
Qollar: Neymar, 6 (1:0), Messi, 30 (2:0), Neymar, 67 (3:0)
"Sevilya" - "Real" (Madrid) - 2:1
Qollar: Ronaldo, 14 (0:1), Bakka, 19 (1:1), 73 (2:1)
"Atletiko" (Madrid) - "Qranada" - 1:0
Qol: Kosta, 63 (1:0)
25 mart
"Malaqa" - "Espanyol" - 1:2
Qollar: Qarsiya, 32 (0:1), Perez, 34 (1:1), Pizzi, 76 (1:2)
"Elçe" - "Atletik" (Bilbao) - 0:0
27 mart
"Qetafe" - "Vilyareal"
"Real Sosyedad" - "Valyadolid"
"Almeriya" - "Valensiya"
"Levante" - "Betis"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB