Ronaldodan sensasiyalı açıqlama!

Ronaldodan sensasiyalı açıqlama!

"Real"ın futbolçusu Kriştiano Ronaldo La Liqada "Barselona"ya 3:4 hesabı ilə məğlub olduqları matçdan sonra görüşün hakimləri haqda sərt fikirlər səsləndirib. Siasport.az saytı xəbər verir ki, bu barədə İspaniya mətbuatı xəbər yayıb. Məlumatda deyilir ki, portuqaliyalı hücumçu "Barselona"nı çempion etmək üçün hakimlərin Madrid klubunun əleyhinə qərarlar verdiklərini dilə gətirib: "Məğlubiyyət üçün bir bəhanə tapmaq istəmirəm. Amma onu deməliyəm ki, görüşün hakimləri bu cür qarşılaşmaları idarə edəcək səviyyədə deyirlər. Bu gün "Barselona" məğlub olsaydı, çempionluq mübarizəsindən uzaqlaşacaqdı. Burada oynadığım beş ildən sonra hər şeyi anladım. Qalib gəlmək üçün bizə imkan vermədilər". Qeyd edək ki, sözügedən qarşılaşmada hakim Madrid klubunun futbolçusu Serxio Ramosa qırmızı vərəqə göstərib və "Real"ın qapısına iki penalti təyin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə