Azərbaycan kubokunun finalı hansı stadionda keçiriləcək?

Azərbaycan kubokunun finalı hansı stadionda keçiriləcək?

Futbol üzrə Azərbaycan kubokunun final matçı yenə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Siasport.az saytı xəbər verir ki. bu barədə Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov bildirib.
Lakin İsmayılov mayın 22-də təşkil olunacaq qarşılaşmanın başlama saatının hələ müəyyənləşmədiyini əlavə edib. Direktor deyib: "Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hələ bir ay öncə ölkə kubokunun final matçını bizim stadionda keçirmək istədiklərini bildirmişdi. Həmin vaxt mən ona demişdim ki, bu oyun mayın 28-də olsa, arenamızda təşkili mümkün olmayacaq. Çünki mayın 29-dan iyunun 2-dək stadionumuzda atletika üzrə gənclər arasında Avropa çempionatı keçirilməlidir. Qitə birinciliyindən bir gün öncə Azərbaycan Kubokunun final matçının da təşkili bizə problemlər yarada bilərdi. Amma milli komandamızın ABŞ-la mayın 27-də yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşdikdən sonra final görüşü 6 gün əvvələ çəkildi. Bu isə bizim iş planımıza uyğundur. Mayın 22-də stadionumuzda oyun keçirməkdə problem yoxdur". Qeyd edək ki, hələlik Azərbaycan kubokunun finalçıları müəyyənləşməyib. Aprelin 16-da və 24-də keçiriləcək ilk və təkrar yarımfinal oyunlarında "Neftçi" "Rəvan"la, "Qəbələ" "Xəzər Lənkəran"la üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə