Bolqarıstanda ilk gün: 2 qızıl və 3 gümüş medal

Bolqarıstanda ilk gün: 2 qızıl və 3 gümüş medal

Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçirilir. Siasport.az saytının məlumatına görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edir.

Yarışın ilk günündə güləşçilərimiz 2 qızıl və 3 gümüş medala sahib olublar.

Gənc qızların yarışında Solmaz Həşimzadə (55 kq) bütün rəqibləridən üstün olub və turnirin qızıl medalını qazanıb. Türkan Nəsirova (44 kq) isə gümüş medalla kifayətlənib.

Yunan-Roma güləşçilərimiz də turnirin ilk günündə inamlı təsir bağışlayıb. Ən ağır çəkidə təmsilçimiz Hacımurad Çöpsiyev (120 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala, Orxan Məmmədli isə (66 kq) final görüşünü uduzaraq gümüş medala sahib olub.

Sərbəst güləşçilərin mübarizəsində Səid Həmidov (96 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnib. Kənan Əliyev (74 kq) və Çermen Baqayev (96 kq) beşinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə