"Qarabağ"la qarşılaşmada "Qəbələ"nin heyətində kimlər oynamayacaq?

"Qarabağ"la qarşılaşmada "Qəbələ"nin heyətində kimlər oynamayacaq?

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Qarabağ"la (ilk matç: "Qəbələ" - "Qarabağ" 0:0) qarşılaşacaq "Qəbələ" dünən Tofiq Bəhramov adına Respublika stadionunda oyun öncəsi son məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi Yuri Syominin rəhbərliyi altında keçirilən məşqdə zədəsi olan futbolçular Dieqo Kosta Silva, Rafael Santos, Omar Kalabane, Nikola Valentiç və Kamran Ağayev yer almayıb. Adıçəkilən futbolçularla yanaşı, cəzalı Elnur Alahverdiyevin "Qarabağ"a qarşı oyunda meydançaya çıxmayacağı dəqiqləşib. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Xatırladaq ki, "Qəbələ" "Qarabağ"la bu gün saat 17:00-da paytaxtda üz-üzə gələcək. Oyun "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə