Andre Villaş Boaş "Zenit"in baş məşqçisi oldu

Andre Villaş Boaş "Zenit"in baş məşqçisi oldu

Londonun "Çelsi" futbol klubunun keçmiş çalışdırıcı olan portuqaiyalı Andre Villaş Boaş artıq rəsmən "Zenit" klubunun yeni baş məşqçi elan olunub. Siasport.az saytı xəbər verir ki, bu barədə Sankt Peterburq klubunun rəsmi saytı xəbər yayıb. Məlumata görə, Peterburq təmsilçisini bundan sonra çalışdıracaq. Təcrübəli gənc mütəxəssislə martın 20-də rəsmi müqavilə imzalanacaq. Müqavilənin müddəti 2016-cı ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, Villaş Boaş bir həftə öncə "Zenit"in baş məşqçi postundan istefaya göndərilən Luçano Spalettini əvəzləyib. Bu müddət ərzində isə komandanı müvəqqəti olaraq Serger Semak çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə