UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Siasport.az saytı xəbər verir ki, bu axşam daha iki oyun keçiriləcək. İngiltərənin "Çelsi" klubu öz meydanında "Qalatasaray"ı qəbul edəcək. Komandalar arasında İstanbulda keçirilən ilk oyun 1:1 hesablı bərarərliklə başa çatıb. Digər oyunda isə "Real" (Madrid) "Şalke"ni qəbul edəcək. Almaniyada baş tutan ilk ounda Madrid klubu 6:1 hesablı qələbə qazandığından bugünkü qarşılaşmanın formal xarakter daşıyacağını demək olar. Qeyd edək ki 1/8 final mərhələsinə sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
18 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
23:45. "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (İlk oyun - 1:1)
23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) (İlk oyun - 6:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB