Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, çempionatda "Məhsul" İC, "Təhsil" RİM, BTİ, "Ümid" İK və "Neftçi" İSM -i təmsil edən 5 komandada 103 idmançı (38 qadın) iştirak edib. Kişilər arasında I yerə 2 km məsafədə Nail Rzayev (Neftçi İSM), 3 km məsafədə Andrey Aranoviç (Məhsul İC), 8 km məsafədə İnsafəli Əliyev (Təhsil RİM), 12 km məsafədə Tural Sadıqlı (Neftçi İSM), qadınlar arasında I yerə 1 km məsafədə Aida Hacıyeva (Məhsul İC), 2 km məsafədə Günel Vəliyeva (BTİ), 6 km məsafədə Yana Zəhrətdinova (Məhsul İC), komanda hesabında isə I yerə Təhsil RİM, II yerə BTİ, III yerə "Neftçi" İSM çıxıb.
I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB