Topaz Premyer Liqası: 26-cı turdan məqamlar STATİSTİKA

Topaz Premyer Liqası: 26-cı turdan məqamlar STATİSTİKA

Topaz Premyer Liqasının 26-cı turu bir sıra məqamlarla yadda qalıb. Siasport.az saytı Peşəkar Futbol Liqasının yaydığı həmin məqamları nəzərinizə çatdırır:

300-cü qol

Topaz Premyer Liqasında 2013/14 mövsümünün 300-cü qolu vurulub. "Rəvan"la ev oyununun 13-cü dəqiqəsində rəqib qapısına yol tapan "Simurq"un futbolçusu Rəşad Eyyubov 26-cı turun ilk, cari mövsümün 300-cü qolunun müəllifi olub.

26-cı turda vurulan qollar sayəsində bu rəqəm 310-a çatıb. Çempionatın baş tutan 130 oyununda orta məhsuldarlıq 2,38-ə bərabər olub. 310 qoldan 171-i meydan sahiblərinin, 139-u qonaqların hesabındadır. Qollardan 144-ü ilk, 166-sı ikinci hissədə vurulub.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də "Qəbələ" ilə ev oyununda "Bakı"nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır. Onlar müvafiq olaraq 9-cu turun "Simurq" və 18-ci turun "Neftçi" ilə qarşılaşmalarında fərqləniblər.

"İnter" 4 ildən sonra

Bakının "İnter" klubunun məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Topaz Premyer Liqasının 26-cı turunda "Qarabağ"a məğlub olan Kaxaber Sxadadzenin yetirmələri 2014-cü ildə ilk dəfə xalsız qalıb.

Bakılılar sonuncu dəfə 86 gün əvvəl "Qarabağ"a 0:2 hesabı ilə uduzmuşdu. Ötən il dekabrın 20-də 18-ci turda səfərdə yenilən "İnter" öz meydanında daha ağır məğlubiyyət alıb – 0:3.

Sonuncu dəfə 2010/11 mövsümündə böyükhesabla uduzan paytaxt təmsilçisi 4 ildən sonra belə nəticəyə üzülüb. "İnter" 1247 gün əvvəl – 2010-cu il oktyabrın 16-da AZAL-la səfər oyununda 5 cavabsız qol buraxmışdı.

Böyükağa Hacıyev: 99-cu oyunda 50-ci qələbə

Topaz Premyer Liqasının 26-cı turunun AZAL-la oyunu "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev üçün əlamətdar olub. Belə ki, "ağ-qaralar" 2:1 hesabı ilə qalib gəlməklə 56 yaşlı mütəxəssisin rəhbərliyi altında 50-ci uğurunu əldə edib.

2011/12 mövsümünün startında Çempionlar Liqasındakı uğursuzluqdan sonra Arif Əsədovu əvəzləyən və 2 il sonra eyni yarışdakı məğlubiyyətdən sonra postunu tərk edən B.Hacıyev bu ilin əvvəlində yenidən komandanın sükanı arxasına keçib.

B.Hacıyevli "Neftçi"nin 50-ci qələbəsi 99-cu matçına təsadüf edib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin "İnter"lə cavab oyunu təcrübəli mütəxəssisin "ağ-qaralar"ın baş məşqçisi kimi 100-cü matçı olacaq.

Mövsüm

Turnir

O

Q

H

M

T/F

X

2011/12

Premyer Liqa

32

20

3

9

55-30

63

2011/12

Azərbaycan kuboku

6

3

2

1

5-4

11

2012/13

Çempionlar Liqası

4

1

2

1

7-8

5

2012/13

Avropa Liqası (təsnifat)

2

1

1

0

4-2

4

2012/13

Avropa Liqası (əsas)

6

0

3

3

4-8

3

2012/13

Premyer Liqa

32

19

5

8

59-32

62

2012/13

Azərbaycan kuboku

6

3

3

0

10-3

12

2013/14

Çempionlar Liqası

2

0

1

1

0-1

1

2013/14

Premyer Liqa

8

3

2

3

12-14

11

2013/14

Azərbaycan kuboku

1

0

1

0

1-1

1

Cəmi:

Premyer Liqa

72

42

10

20

126-76

136

Cəmi:

Azərbaycan kuboku

13

6

6

1

16-8

24

Cəmi:

avrokubok

14

2

7

5

15-19

13

Ümumi:

99

50

23

26

157-103

173

Bütün xəbərlər Facebook səhifəmizdə