Hollandiyanın Eyndhoven şəhərində taekvondo üzrə "Dutc open" açıq çempionatı təşkil edilib. Siasport.az saytının məlumatına görə, çempionata 20 idmançı ilə qatılan böyüklərdən ibarət Azərbaycan milli komandası Vətənə bir qızıl, bir gümüş və iki bürünc medalla qayıdıb.
"G2" dərəcəli turnirdə millimizin üzvü Mikayıl Əliyev (54 kg) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Radik İsayev (78 kg) isə yalnız final döyüşündə rəqibdən zəif olaraq yarışı gümüş medalla başa vurub. Digər idmançılarımızdan Məhəmmədyasin İbrahimov (58 kg) və Ayxan Tağızadə (63 kg) gümüş medallara layiq görülüblər.
Ənənəvi olaraq 41-ci dəfə keçirilən Hollandiya açıq birinciliyində 45 ölkədən 1100-dək taekvondoçu iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB