Qadın güləşçilərin Avropa çempionatı üçün son hazırlığı

Qadın güləşçilərin Avropa çempionatı üçün son hazırlığı

Sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandamızın üzvləri Avropa çempionatına hazırlığın son mərhələsini Minskdə keçəcək. Siasport.az saytının məlumatına görə, sabahdan Belarusiya yığma komandası ilə birgə təlim-məşq toplanışlarına başlayacaq komanda bu gün sözügedən ölkəyə yola düşəcək.

Martın 30-dək davam edəcək təlim-məşq toplanışında yığma komandanın əsas heyəti iştirak edəcək. Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə 6 güləşçi yer alıb. Minskdə keçiriləcək təlim-məşq toplanışına Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Nadya Sementsova (69 kq) cəlb olunub.

Birgə təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamızın üzvləri Finlandiyanın Vantaa şəhərində keçiriləcək Avropa çempionatına yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə