Azərbaycan gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

Fransanın Kale şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan gimnastları da iştirak ediblər. Senyorka Gülsüm Şəfizadə dörd finalın hamısında qalib gəlib, çoxnövçülük yarışlarında 2-ci yeri tutub. Yuniorka Beyza Dəmir isə lentlə finalda qalib gəlib.

Qeyd edək ki, gimnastlarımız məşqçi Vəfa Bakarovanın rəhbərliyi altında çıxış ediblər. Hakimlər korpusunda Azərbaycanı Anastasiya Prasolova təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə